SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyanın şimalındakı Azez və Bab şəhərlərində terör hücumları baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Hadisə nəticəsində 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Əvvəlcə Azezin şəhər mərkəzi, Suriya Müvəqqəti Höküməti binası ve Azez Mədəniyyət Mərkəzinin yanında avtomobilə yerləşdirilmiş bomba partladılıb.

Partlama nəticəsində 4 nəfər vəfat edib, 20 nəfər xəsarət alıb.

Bir qədər sonra isə Bab şəhərinin 5 kilometr şərqində yer alan Zərzur bölgəsindəki avtomobil yoxlanış məntəqəsində də partlayış meydana gəlib.

Partlayış 6 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.

Ölü və yaralı sayısının artması gözlənilir.

BAKU.WS
VİDEO

QALEREYA