SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Mardin şəhərində iki qohum ailə arasında mübahisə düşüb.

“Haber Global” məlumat verir ki, qısa zamanda mübahisə silahlı davaya çevrilib.

Anbaan kameralara düşən görüntülərdən bəlli olur ki, bir qrup insan qaçır və arxalarından gələn maşın həmin insanların üzərinə sürülərək iki nəfəri əzir.

Nəticədə ikisi ağır olmaqla beş nəfər yaralanıb.

Ətrafdakı şəxslərin çağırışına əsasən hadisə yerinə polis və təcili yardım cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO