100 yaşlı qadın 67 ildir barista işləyir - Tətilə belə çıxmayıb

100 yaşlı qadın 67 ildir barista işləyir - Tətilə belə çıxmayıb
Dünya 667

İtaliyada "Bar Central" barının sahibi olan 100 yaşlı Anna Possi adlı nənə istirahət günü olmadan hər gün işləyir.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Possi müəssisəni 1958-ci ildə əri ilə açdığını bildirib. Əvvəlcə onlar yalnız qəhvə veriblər, lakin sonradan menyuya spirtli içkilər əlavə edilib. Bar, musiqi və lanqırt masası sayəsində populyarlıq qazanıb.

Müəssisə özünəməxsus ab-havasını qoruyub saxlayıb. Bazar günləri Possi qonaqlara evdə hazırlanmış tortu dadmağı təklif edir. O, aktiv olaraq işləyir və hər səhər kompüterində birjaya nəzarət edir.

Possi uzunömürlülüyün sirrini də bölüşüb. Onun fikrincə, bu, insanlarla ünsiyyətdə və işi sevməkdədir. Qadın təqaüdə çıxmağı planlaşdırmır və gənclərə onlara sevinc gətirəcək peşə seçməyi tövsiyə edib.

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17...

82 Dünya 17:47 26 yanvar 2026

Son xəbərlər