Zərərli, yağlı qidalar əslində arıqlamağa kömək edə bilər

Zərərli, yağlı qidalar əslində arıqlamağa kömək edə bilər
Digər 180

Adətən kök insanların yeməkdən daha çox zövq aldığı düşünülür. Lakin yeni bir araşdırma bunun əksini göstərib. Alimlərin fikrincə, çəki artdıqca insanın qidadan aldığı ləzzət azalır.

Bu proses dopamin hormonu ilə əlaqələndirilir. Dopamin insanın gülərkən, musiqi dinləyərkən və ya dadlı yemək yeyərkən beyində ifraz olunan "xoşbəxtlik hormonu" kimi tanınır. Onun səviyyəsi neyrotensin adlı maddə tərəfindən tənzimlənir. Araşdırmalar göstərib ki, artıq çəkili şəxslərdə neyrotensin səviyyəsi aşağı olur, bu da dopaminin normal ifrazını azaldır.

Eksperiment çərçivəsində alimlər bir qrup siçanı 60% yağ tərkibli, yüksək kalorili qida ilə bəsləyərək onların artıq çəki almasına səbəb olublar. Nəticələr göstərib ki, bu siçanlar yağlı qidaya üstünlük versələr də, qeyri-adi şəraitdə onlara təqdim olunan yüksək kalorili təamlara maraq göstərməyiblər. Normal pəhrizlə bəslənən siçanlar isə həmin təamları böyük həvəslə yeyiblər.

Sonrakı mərhələdə alimlər beyində dopamin istehsalına cavabdeh olan neyronları işıqla stimullaşdırıblar. Bu proses normal çəkili siçanlarda yeməyə marağı daha da artırsa da, artıq çəkili siçanlara heç bir təsir göstərməyib.

Mütəxəssislər bu problemi iki üsulla həll ediblər:

  1. Siçanlar normal qidalanmaya keçirildikdə, onların neyrotensin səviyyəsi və dopamin funksiyası bərpa olunub, həmçinin arıqlamağa başlayıblar.

  2. Gen redaktəsi vasitəsilə neyrotensin səviyyəsi artırılan siçanlar da çəki itirib, daha aktiv və enerjili olublar.

Bu araşdırma, qidalanma vərdişlərinin və beynin biokimyəvi proseslərinin insan sağlamlığına necə təsir etdiyini daha yaxşı anlamağa kömək edir.

Son xəbərlər