Yol polisindən sürücülərə MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, qurumdan bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.
"Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub
Belçikanın paytaxtı Brüsseldə 8 Noyabr - Zəfər Günü münasibətilə "Azərbaycanın ruhu" adlı bayram konserti keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki,...