Yer kürəsində maqnit qasırğasının gücü G4 səviyyəsinə çatıb
02
yan
2025
12:19
Yer kürəsində maqnit qasırğasının gücü G4 səviyyəsinə qədər artıb. Bu, "çox güclü" kateqoriyasına aid edilir.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Fedorov adına Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Beş ballıq şkalaya əsasən G4 səviyyəsi ikinci ən yüksək göstəricidir. Bu, Yer kürəsində ciddi radiopərakəndəlik problemlərinin, peyk və radio tezlikli naviqasiya sistemlərində uzunmüddətli pozuntuların baş verə biləcəyini göstərir.
Bundan əlavə, maqnit qasırğası zamanı hətta tropik bölgələrdə də qütb parıltılarının müşahidə olunması mümkündür.
Oxşar xəbərlər
Məktəbdə şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib?
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər ve...