Yeni iPhone 17-də ciddi qüsurlar aşkarlandı

Avropa İttifaqında tətbiq edilən yeni məcburi möhkəmlik testləri "iPhone 17" flaqmanlarında bir çatışmazlığı üzə çıxarıb.
BAKU.WS-in GSMArena-ya istinadən verdiyi məlumata görə, batareya sahəsindəki yaxşılaşdırmalara baxmayaraq, "Apple" smartfonları düşməyə davamlılıqda rəqiblərindən xeyli geri qalır.
Yeni Avropa markalama sistemi cihazlara möhkəmlik və təmir olunma dərəcəsinə görə siniflər təyin edir. Standartlaşdırılmış sınaqların nəticələrinə əsasən, iPhone 17 Pro Max "Class B" reytinqi alıb. Bu o deməkdir ki, cihaz 180 dəfə düşməyə tab gətirir. Bu göstərici ötən ilin iPhone 16 Pro Max modelindən (90 dəfə, Class C) iki dəfə yaxşı olsa da, yenə də rəqiblərə çatmır.
Müqayisə üçün, Samsung Galaxy S25 Ultra və Google Pixel 10 Pro XL flaqmanları ən yüksək Class A reytinqini alıb – hər biri 270 dəfə düşməyə dözüb. Bu isə o deməkdir ki, gündəlik istifadə zamanı "Apple" flaqmanı daha çox zədələnməyə meyilli olacaq. İncə korpuslu iPhone Air də eyni nəticəni göstərib – Class B (180 düşmə).
Təmir olunma baxımından da "iPhone 17" lider sayılmır. Telefona Class C verilib – bu, "Samsung"la eyni səviyyədədir, lakin Pixel-dən (Class B) zəifdir.
Batareya testlərində isə iPhone 17 Pro Max özünü əla göstərib: enerji səmərəliliyinə görə Class A, həmçinin 53 saatlıq avtonom iş rejimi ilə rəqiblərini qabaqlayıb. Amma bir məqam var: "iPhone"un akkumulyatoru cəmi 1 000 doldurma dövrünə hesablanıb, halbuki "Samsung"un batareyası 2 000 dövrə qədər davamlıdır, bu isə iki dəfə uzun ömür deməkdir.
"Apple" şirkəti isə Aİ test metodikası ilə razı deyil və bundan əvvəl sərt tənqid edib. Kupertinoda bildirirlər ki, düşmə və silkələnmə testlərinin müəyyən edilməsi birmənalı deyil, nəticələri təkrar almaq çətindir və cəmi beş cihaz üzərində aparılan sınaqlar obyektiv qiymətləndirmə üçün kifayət etmir (Apple minimum 30 cihaz üzərində test aparılmasını tələb edir).
Oxşar xəbərlər
Mikayıl Cabbarov dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib....
