Yaşlanmanın əsas əlamətləri açıqlandı
Yaş artdıqca orqanizmdə baş verən dəyişikliklər müxtəlif əlamətlərlə özünü göstərir. Mütəxəssislərin sözlərinə görə, yeriş sürətinin azalması da yaşlanmanın əsas göstəricilərindən biridir.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin yaşlı insanların sağlamlığı üzrə baş mütəxəssisi Olqa Tkaçeva "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, orqanların funksiyalarının zəifləməsi, yeriş sürətinin azalması, koqnitiv pozuntular, eləcə də hiss orqanlarının fəaliyyətində baş verən dəyişikliklər yaşlanmanın əsas əlamətləri hesab olunur.
Mütəxəssis əlavə edib ki, görmə və eşitmə qabiliyyətinin zəifləməsi də yaşlanmanın ən aydın əlamətlərindəndir.
Olqa Tkaçeva bildirib ki, Rusiyada yaşlanmanın ilk nəzərəçarpan klinik əlamətləri adətən 60 yaşdan sonra müşahidə edilir. Bununla yanaşı, risk faktorları olan bəzi insanlarda yaşla bağlı xəstəliklər daha erkən yaşlarda da ortaya çıxa bilər.
Onun sözlərinə görə, 75–80 yaş arasında isə bir çox insanda eyni vaxtda iki və ya daha çox xroniki xəstəliyin olması ilə xarakterizə olunan polimorbidlik inkişaf edə bilər.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...