Yalanı tərgitmək üçün nə etmək lazımdır

Yalanı tərgitmək üçün nə etmək lazımdır
Digər 84

Yalan danışmaq bəzən adi bir "çıxış yolu" kimi görünür, lakin zamanla bu vərdiş insanın həm psixologiyasına, həm də münasibətlərinə ciddi zərər vurur.

BAKU.WS xəbər verir ki, əgər yalanı həyatınızdan uzaqlaşdırmaq istəyirsinizsə, aşağıdakı məqamlar sizə kömək edəcək.

Niyə yalan danışdığınızı anlayın:

İlk addım özünüzü tanımaqdır. Yalanın səbəbləri çox ola bilər: qorxu, utancaqlıq, cəza qorxusu, kimisə incitməmək istəyi və ya diqqət çəkmək ehtiyacı.

Əsas məsələ yalanın arxasındakı emosiyanı tapmaqdır. Səbəbi anladıqda, davranışı dəyişdirmək asanlaşır.

Kiçik həqiqətlərlə başlamaq:

Əgər hər zaman dürüst olmaq çətin gəlirsə, kiçik addımlarla başlayın. Məsələn, gündəlik həyatda "boş" yalanlardan uzaq durun - "mən məşğulam", "mən ora getmişdim" kimi ifadələri dəyişdirin. Kiçik həqiqətlərə öyrəşdikcə, böyükləri demək də asanlaşacaq.

Qorxunu nəzarətə alın:

Bir çox insanlar yalan danışır, çünki nəticədən qorxur. Halbuki, açıq danışmaq çox vaxt daha az zərər gətirir.

Özünüzə deyin: "Əgər dürüst olsam, vəziyyəti idarə edə bilərəm". Bu cümlə sizə daxili güc verəcək.

Dürüst insanlarla ünsiyyətdə olun:

Ətraf mühit davranışa təsir edir. Yalanı normal sayan insanlarla çox vaxt keçirmək sizi də bu davranışa çəkir.

Əvəzində, dürüst və açıq insanlarla münasibət qurun, onların səmimiyyəti sizə nümunə olacaq.

Özünüzə qarşı da dürüst olun:

Bəzən insan başqalarını deyil, özünü aldadır. "Problem yoxdur", "mən yaxşıyam" kimi yalanlar daxildə narahatlıq yaradır. Hər gün bir neçə dəqiqə ayırın və özünüzə sual verin:

Peşəkarlardan kömək almaqdan çəkinməyin:

Əgər yalan artıq vərdişə çevrilibsə və nə qədər çalışsanız da tərgidə bilmirsinizsə, psixoloqla danışmaq faydalı ola bilər. Mütəxəssis sizi tənqid etməyəcək, sadəcə bu davranışın kökünü tapmağa kömək edəcək.

Son xəbərlər