Windows-da gizli funksiyalar aşkarlandı
"ZDNet" nəşrinin jurnalistləri Windows 11 əməliyyat sistemində noutbuk batareyasının vəziyyətini yoxlamağa imkan verən gizli funksiyanın mövcud olduğunu açıqlayıblar.
BAKU.WS xəbər verir ki, bildirilir ki, noutbuk batareyaları istehlak materialı hesab olunur və onların resursu vaxtaşırı yoxlanılmalıdır. Məlum olub ki, Microsoft-un əməliyyat sistemində istifadəçilərin batareyanın vəziyyəti ilə bağlı ətraflı məlumat əldə etməsinə imkan verən daxili alət var.
Bu funksiyadan istifadə etmək üçün axtarış bölməsində PowerShell açılmalı, daha sonra açılan pəncərədə powercfg /batteryreport /output "C:\battery-report.html" əmri daxil edilməlidir. Nəticədə sistem diskində batareya haqqında məlumatları əks etdirən hesabat faylı yaradılır.
Hesabatda batareyanın adı, kimyəvi tərkibi, mövcud vəziyyəti və son şarj prosesləri ilə bağlı məlumatlar yer alır. Jurnalistlərin fikrincə, bu məlumatlar batareyanın nə vaxt sıradan çıxa biləcəyini öncədən təxmin etməyə və vaxtında dəyişdirməyə kömək edir.
Qeyd edək ki, daha əvvəl "BGR" nəşri kompüterin işini yavaşlada bilən proqramlar sırasında brauzerləri, antivirusları və müxtəlif "launcher"ləri sadalamışdı.
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...