WhatsApp Android-də yeni funksiyanı istifadəyə verəcək
Android əməliyyat sistemi üçün "WhatsApp" messenceri yeni funksiya üzərində testlər aparır. Bu funksiya kanalların administratorlarına paylaşımları reklam və ya ödənişli tərəfdaşlıq çərçivəsində yerləşdirilmiş məzmun kimi işarələməyə imkan verəcək.
Yenilik messencerin "Google Play" Beta proqramı vasitəsilə təqdim olunan 2.26.4.10 beta versiyasında aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "WhaBetaInfo" (WBI) nəşri məlumat yayıb.
Hazırlanan funksiya kanallarda paylaşılan məzmunun şəffaflığını artırmağı hədəfləyir. Administratorlar brendlər və ya şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlanan paylaşımları "ödənişli tərəfdaşlıq" kimi qeyd edə biləcəklər. Bu halda abunəçilər paylaşımın reklam xarakterli olduğunu göstərən xüsusi işarə görəcəklər.
Mövcud mexanizmə əsasən, kanal administratoru paylaşımı dərc etdikdən sonra əlavə menyu vasitəsilə "ödənişli tərəfdaşlıq" qeydi əlavə edə biləcək. İşarə tətbiq olunmazdan əvvəl "WhatsApp" təsdiq tələb edəcək.
Qeyd əlavə edildikdən sonra onu silmək mümkün olmayacaq - bunun üçün paylaşımı tamamilə silib reklamsız statusda yenidən yerləşdirmək lazım gələcək. Hətta paylaşım digər kanallara və ya söhbətlərə ötürüldükdə belə, reklam işarəsi saxlanılacaq.
Reklam qeydlərinin əlavə edilməsi könüllü olacaq və tam məsuliyyət kanal administratorlarının üzərinə düşəcək. "WhatsApp" bu işarələri avtomatik şəkildə tətbiq etməyi planlaşdırmır. Gözlənilir ki, bu yenilik istifadəçilərə paylaşımların kontekstini daha yaxşı anlamağa və sponsorlu məzmunu adi paylaşımlardan fərqləndirməyə kömək edəcək.
Funksiya hazırda inkişaf mərhələsindədir və WhatsApp-ın Android üçün gələcək yeniləmələrindən birində istifadəyə veriləcək.
Oxşar xəbərlər
İki mindən çox tələbənin təhsil aldığı Qarabağ Universitetindən reportaj
Azərbaycan Prezidentinin sərəncamı ilə Xankəndidə yaradılan Qarabağ Universiteti artıq iki ildir fəaliyyət göstərir. Strateji əhəmiyyət daşıyan ali təhsil müəss...