ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə hal rejimini ləğv etdi

Meymunçiçəyi epidemiyasına görə tətbiq olunan beynəlxalq fövqəladə hal rejimi ləğv edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, beynəlxalq səhiyyə qaydalarına uyğun olaraq çağırılan fövqəladə hallar komitəsinin tövsiyəsi ilə Afrikada meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar bir ildən artıqdır ki, müvafiq fövqəladə vəziyyət rejimi elan edilib. O vaxtdan bəri, bu komitə epidemiya ilə əlaqədar vəziyyəti qiymətləndirmək üçün hər üç aydan bir toplanır.
"Son toplantıda bildirildi ki, komitənin fikrincə, meymunçiçəyi artıq ictimai səhiyyə ilə bağlı beynəlxalq səviyyədə narahatlıq doğuran fövqəladə hal təşkil etmir. Mən bu tövsiyəni qəbul etdim", - ÜST rəhbəri Cenevrədəki brifinqdə jurnalistlərə bildirib.
Qeyd edək ki, ÜST-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən indiyədək 34 mindən çox insan meymunçiçəyi virusuna yoluxub.
Oxşar xəbərlər
Əncir kimlərə əks göstərişdir - Bu şəxslər isə ondan faydalana bilər
Əncir insanın qida rasionunda ən qədim meyvələrdən biri hesab olunur. Onun şirin dadı, yumşaq toxuması və zəngin tərkibi bu meyvəni həm təzə, həm də quru halda...
