Uşaq danışmırsa, amma hər şeyi başa düşürsə  bu nə deməkdir?

Uşaq danışmırsa, amma hər şeyi başa düşürsə  bu nə deməkdir?
Digər 54

Bəzi uşaqlar gündəlik danışığa cavab vermir, söz demir və ya çox az söz istifadə edir. Lakin deyilənləri düzgün anlayır, tapşırıqları yerinə yetirir, mimika və jestlərlə reaksiya verir.

Valideynlər üçün bu vəziyyət həm ümidverici, həm də çaşdırıcı ola bilər.

Defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə bildirib ki, bu hal əsasən ekspressiv nitq gecikməsi ilə əlaqələndirilir.

Onun sözlərinə görə, uşağın başa düşmə (reseptiv) nitqi yaşına uyğun, lakin danışma (ekspressiv) nitqi geri qalır.

"Belə uşaqlar ətraf mühiti anlayır, amma fikrini sözlə ifadə etməkdə çətinlik çəkir. Bu uşaqlarda erkən müdaxilə çox vacibdir.

"Onsuz da başa düşür" deyib gözləmək, nitqin daha da gecikməsinə səbəb ola bilər. Loqopedik qiymətləndirmə nəticəsində uşağın nitq potensialı müəyyən edilir və uyğun terapiya planı hazırlanır", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, burada səbəblər müxtəlif ola bilər:

Nitq aparatının (dil, dodaq, çənə) zəif inkişafı

Uşağın passiv ünsiyyət mühitində böyüməsi

Ekran qarşısında çox vaxt keçirmə

Həddindən artıq ehtiyaclarının sözsüz qarşılanması

Ziya SƏCCAD

Son xəbərlər