Türkiyə paytaxtında saxta spirtli içkidən ölənlərin sayı artdı
03
mar
2025
23:23
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81-ə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Məlumata görə, Ankara Baş Prokurorluğu saxta spirtli içki istehsal edən və ticarətini həyata keçirən şəxslərlə bağlı araşdırmalara başlayıb.
"Qaçaqmalçılıq" və "Ehtimal edilən qəsdlə ölümə səbəb olma" maddələri üzrə açılan araşdırmalara Ədliyyə Tibb Qurumunun toksikoloji hesabatları da daxil edilib.
İşlə bağlı istintaq çərçivəsində 36 şübhəli həbs edilib, 41 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Oxşar xəbərlər
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. BAKU.WS xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəl...