Təyyarəyə minməzdən əvvəl tövsiyə edilən qida rasionu
Təyyarə ilə yola çıxmazdan əvvəl qəbul edilməsi tövsiyə edilməyən qida və içkilər var.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, aviasiya həkimləri assosiasiyasının prezidenti Olqa Verba məlumat verib.
O qeyd edib ki, xüsusən təzyiq problemi olan şəxslər uçuşdan əvvəl qazlı içkilərdən, ağır kalorili yeməklərdən istifadə etməməlidirlər.
Mütəxəssis qeyd edib ki, yuxarıda qeyd olunan qidalar mədə-bağırsaq problemi olan şəxslərdə uçuş müddətində narahatlıqlar yarada bilər.
"Uçuş saatında bir saat əvvəl bir stəkan təmiz su içmək tövsiyə olunur. Lakin bədəndə artıq mayenin olması tövsiyə edilmir. Nəhayət, uçuşdan əvvəl yatıb yuxunuza alın, çünki yorğunluq uçuşun stresini artıra bilər", - deyə mütəxəssis qeyd edib.
Oxşar xəbərlər
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir. Min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələ...