Tbilisi teleqülləsi və "Sülh körpüsü" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb
28
may
2026
21:27
Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas rəmzlərindən hesab olunan televiziya qülləsi və "Sülh körpüsü" Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, aksiya 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə həyata keçirilib.
Axşam saatlarından etibarən Tbilisi teleqülləsi və Kür çayı üzərində yerləşən şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılıb.
Qeyd edək ki, Tbilisi teleqülləsi və "Sülh körpüsü"nün hər il mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənə halını alıb.
Oxşar xəbərlər
Payızda xoşbəxt olacaq bürclər
Astrologiyaya görə, 2026-cı ilin payız aylarında bəzi bürclərin sevgi, karyera və maliyyə sahələrində daha uğurlu olacağı proqnozlaşdırılır. Payızda ən şanslı o...