Tanınmış aparıcıya vəzifə verildi
Aparıcı Lamiyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, o TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. Aparıcı bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Lamiyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı, 2006-2017-ci illərdə Lider televiziyasında baş rejissor və kanalın direktor müavini, 2017-2018-ci illərdə İctimai televiziyada Musiqi və xüsusi layihələr departamentinin direktoru, 2018-2023-cu illərdə Mədəniyyət kanalının direktor müavini, 2023-2026-ci illərdə MTV Azərbaycan kanalında musiqi departamentinin direktoru vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar
Armud vitaminlər, minerallar və qida lifləri ilə zəngin meyvələrdən biridir. O, həzm sisteminin fəaliyyətini dəstəkləyir və sağlam qidalanmanın bir hissəsi hesa...