Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı: Audiovizual Şurada monitorinqin nəticələri MÜZAKİRƏ EDİLDİ

Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı: Audiovizual Şurada monitorinqin nəticələri MÜZAKİRƏ EDİLDİ
Digər 18

Yanvarın 26-da Audiovizual Şurada televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayına dair statistika müzakirə olunub.

Bildirilib ki, ötən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında fəaliyyət göstərən 14 televiziya kanalının efiri süni intellekt əsaslı proqram vasitəsilə monitorinq edilib.

Qeyd olunub ki, monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı mövcud olan 33 xarici söz həmin televiziya kanallarının aparıcıları tərəfindən ümumilikdə 1 366 dəfə istifadə edilib.

Son xəbərlər