SSRİ-nin tənha "Tanrı"sı nəyə görə cəmiyyətdən üz çevirmişdi?
Vyaçeslav Tixonov 8 fevral 1928-ci ildə anadan olub. Müharibə illərində çətin uşaqlıq keçirib, məktəbi hərbi hospitala çevrildikdən sonra peşə məktəbində oxuyub və erkən yaşda işləməyə başlayıb.
Daha sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) qəbul olunaraq aktyorluq yolunu seçib.
Kinoda ilk ciddi addımını "Gənc Qvardiya" filmində atıb. Ardınca "Bazar ertəsinə qədər yaşayacağıq" filmindəki tarix müəllimi obrazı ilə ekranda rus ziyalısının simvoluna çevrilib. Bu xətt Sergey Bondarçukun "Hərb və Sülh" filmində canlandırdığı knyaz Andrey Bolkonski obrazı ilə davam edib.
Aktyora əsl ümumxalq şöhrətini "Baharın on yeddi anı" serialındakı kəşfiyyatçı Ştirlits rolu gətirib. Bu obraz Tixonovu sovet kinosunun ən tanınan simalarından birinə çevirib. Sonrakı illərdə Leonid Brejnevin xatirələri əsasında çəkilən filmlərdə onun səsi ilə də tamaşaçılara tanış olub.
1980-ci illərin sonlarından etibarən yeni dövrün reallıqlarını qəbul etməyib, bir çox rollardan imtina edib. Şəxsi həyatını daim gizli saxlayıb, ömrünün son illərini tənhalıqda keçirib.
2002-ci ildə infarkt keçirən aktyor 4 dekabr 2009-cu ildə 81 yaşında vəfat edib. Vyaçeslav Tixonov kino tarixində sakit, dərin və ləyaqətli obrazların aktyoru kimi yadda qalıb.
Oxşar xəbərlər
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarı...