Soyuq ayaqlar hansı xəstəliklərdən xəbər verir?

Soyuq ayaqlar qan dövranı, immunitet və ya sinir sistemi ilə bağlı problemlərin xəbərçisi ola bilər.
BAKU.WS xəbər verir ki, MedicalXpress nəşrinə danışan ABŞ-nin Mayo Klinikası terapevti Cessi Brakamonte bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, bir çox hallarda aşağı temperatur şəraitində ayaqların soyuması normal haldır. Bu vəziyyətdə isti corab geyinmək, müntəzəm idman etmək, sağlam qidalanmaq, kifayət qədər su içmək və siqaretdən uzaq durmaq termorequlyasiyanı yaxşılaşdıra bilər. Lakin bəzi hallarda soyuq ayaqlar sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Brakamonte bildirib ki, qan dövranının zəifləməsi, ürək-damar xəstəlikləri, immun və ya autoimmun pozğunluqlar (məsələn, qalxanabənzər vəzi xəstəlikləri) ayaqların daim soyuq olmasına səbəb ola bilər. Bəzi hallarda anemiya (qan azlığı) da bu simptomla müşayiət olunur.
Terapevt xəbərdarlıq edir ki, əgər ayaqların soyuqluğu uzun müddət davam edirsə və ya dərinin temperaturu normal olsa belə, insana soyuqluq hissi verirsə, mütləq həkimə müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Hava ilə bağlı sarı xəbərdarlıq elan olundu
Milli Hidrometeorologiya Xidməti martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbə...
