SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb
Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
Oxu.Az xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş "Facebook" hesabında paylaşım edib.
"Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz" sözləri yazılıb. Bu oyunu "Google" üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqə ilə bağlı polis araşdırma aparır.
Qalereya
Oxşar xəbərlər
Bu "arıqlama çay"ları təhlükəlidir - XƏBƏRDARLIQ
Ölkəyə gətirilən "arıqlama çayı və qəhvələri"ndə güclü ziyanverici təsirə malik maddə aşkarlanıb. Xezerxeber.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi...