Şorbanı içmək mədə problemlərini həll edir? - Həkimdən açıqlama
Endokrinoloq Maksim Kuznetsov mədə problemləri zamanı şorbanın müalicəvi xüsusiyyətləri barədə danışıb.
BAKU.WS xəbər verir ki, o, bu yeməyin qastritin müalicəsində effektiv olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.
"Şorba sadəcə suda bişirilmiş yeməkdir. Onun xüsusi müalicəvi təsiri yoxdur", – deyə həkim bildirib.
Kuznetsovun sözlərinə görə, şorba nə immuniteti gücləndirə, nə də mədə xəstəliklərini sağalda bilər.
Həkim izah edib ki, qastrit əsasən "Helicobacter pylori" adlı bakteriyanın fəaliyyəti nəticəsində yaranır. Bu patogeni orqanizmdən uzaqlaşdırmaq üçün antibiotiklərlə müalicə kursu keçmək lazımdır, sadəcə şorba qəbul etməklə xəstəliyi aradan qaldırmaq mümkün deyil.
Oxşar xəbərlər
Döş xərçənginin ilk əlamətləri açıqlanıb
Döşün formasında, ölçüsündə və toxumasında baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər. Xüsusilə döşdə düyünlərin yaranması, toxumaların bərkim...