"Skype" xidməti tamamilə bağlanır
ABŞ-nin "Microsoft" şirkəti 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilə bağlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "XDA Developers" portalı məlumat yayıb.
Bildirilir ki, son yeniləmədə istifadəçilərə "Teams" xidmətinə keçmələri tövsiyə olunur.
"Skype" may ayından etibarən əlçatan olmayacaq. Zənglər və çatlar üçün "Teams"dən istifadə edin", - deyə portalda bildirilir.
Qeyd edək ki, 2003-cü ildə istifadəyə verilən "Skype" platforması 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb. 2017-ci ildə "Microsoft" "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.
"Microsoft" hazırda bu mövzu ilə bağlı şərh verməkdən imtina edir.
Oxşar xəbərlər
Döş xərçənginin ilk əlamətləri açıqlanıb
Döşün formasında, ölçüsündə və toxumasında baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər. Xüsusilə döşdə düyünlərin yaranması, toxumaların bərkim...