"Skype" mayın 5-də bağlanacaq
01
may
2025
23:41
"Skype" platforması mayın 5-də bağlanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytındakı məlumatda vurğulanıb.
"Siz mayın 5-dək "Skype"dan istifadəyə davam edə bilərsiniz", - şirkətdən bildirilib.
Şirkət istifadəçi hesablarının "Microsoft Teams" xidmətinə veriləcəyini dəqiqləşdirib.
Xatırladaq ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.
Oxşar xəbərlər
Şorgöz kimi tanınan kişi bürcləri
Astrologiyada bəzi bürclər flörtə, diqqətə və yeni münasibətlərə daha meyilli kimi təsvir olunur. Əlbəttə, bu, elmi fakt deyil və insanın davranışını yalnız bü...