Şəhid jurnalistlərin anım günüdür

Şəhid jurnalistlərin anım günüdür
Digər 12

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş jurnalistlərin anım günüdür.

BAKU.WS xəbər verir ki, 2021-ci ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb.

Nəticədə üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər