Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi

Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi
Digər 17

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, xəbəri Antikorrupsiya Məhkəməsinin sözçüsü Armine Novruzyan da təsdiqləyib. Onun sözlərinə görə, istintaq idarəsi Aleksandr Sarqsyanın həbs olunması ilə bağlı vəsatəti fevralın 24-də məhkəməyə təqdim edib. Hakim Sarkis Petrosyan isə vəsatəti təmin edib.

Bildirilib ki, müraciətə baxılan zaman təqsirləndirilən şəxsin olduğu yer məlum olmadığından onun istintaqdan yayınmasının qarşısını almaq məqsədilə barəsində həbs qərarı çıxarılıb.

Qeyd olunub ki, Aleksandr Sarqsyan aşkar edilərək Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilərsə, ona qarşı seçilmiş həbs qətimkan tədbiri məsələsinə yenidən baxıla bilər.

Xatırladaq ki, bu, Sarqsyan ailəsinə qarşı irəli sürülən ilk hüquqi iddia deyil. Serj Sarqsyan hakimiyyətdən getdikdən sonra həm özü, həm də qardaşı Levon və qardaşı oğlu Narek dövlət vəsaitlərini mənimsəmə, qanunsuz varlanma və saxta sənədlərdən istifadə kimi müxtəlif ağır cinayət ittihamları ilə hüquqi məsuliyyətə cəlb olunublar.

Ermənistan

Aleksandr Sarkisyan

Həbs qətimkan tədbiri

Son xəbərlər