Şarabutdin Maqomedov: "Əsl Qafqaz ruhunu nümayiş etdirmək istəyirəm"
İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night Baku" turnirinin ikinci əsas döyüşündə braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək Şarabutdin "Shara Bullet" Maqomedov artıq Bakıdadır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda döyüşçü qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüb.
"Xəzər dənizinin piratı" Bakıdadır. Burada olmaqdan çox məmnunam. Özümü əla hiss edirəm, əhvalım yüksəkdir və bütün diqqətimi qarşıdakı döyüşə yönəltmişəm.
Qarşıdakı günlərdə uyğunlaşma prosesini keçəcəm, hazırlığı və çəkisalma mərhələsini tamamlayıb, döyüşə ən yaxşı formada çıxacam.
Azarkeşlərə parlaq və yaddaqalan döyüş hədiyyə etmək, oktaqonda əsl Qafqaz ruhunu nümayiş etdirmək istəyirəm. Bilirəm ki, Bakıya çoxlu dostlarım, qohumlarım və həmyerlilərim gələcək. Əminəm ki, arena tam dolacaq və bizi möhtəşəm atmosfer gözləyir.
Dəstəyə görə hər kəsə təşəkkür edirəm. İyunun 27-də UFC Fight Night Baku-da görüşərik!", - deyə Maqomedov qeyd edib.
Xatırladaq ki, "UFC Fight Night: Fiziev vs Torres" turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər.
Qalereya
Oxşar xəbərlər
Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
Zəngilan Şəhər Günü münasibətilə atəşfəşanlıq olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zəngilan Şəhər Günü münasibətilə təşkil edilən silsilə tədbirlər...