Ruslan Əmircanov millimizin uduzmasının səbəbini AÇIQLADI
"Jurnalistlər yazırlar ki, Azərbaycan millisi qəsdən oynamır, oyunçular məşqçini istəmirlər".
Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində futbolçu Ruslan Əmircanov deyib.
Deyilənlərin yanlış olduğunu söyləyən Ruslan Əmircanov bildirib ki, oyuna çıxan hər bir futbolçu orada əlindən gələni edir:
"Əgər oyun meydançasına çıxırsansa, son fitə kimi mübarizə aparmalısan. Bəzi jurnalistlər yazırlar ki, millimiz məşqçini istəmir, oyunçular qəsdən oynamırlar. Bütün deyilənlər yanlışdır. Meydançaya çıxan hər bir futbolçu orada əlindən gələni edir. Həmin məşqçi də Portuqaliya millisini çempion edib. Əgər onu bu posta uyğun bilməsəydilər, gətirməzdilər".
Ruslan Əmircanov, həmçinin millimizin uduzmasının səbəblərindən danışıb.
"Futbolumuzu Avropa klubları səviyyəsinə gətirmək üçün illər lazımdır. Ani diqqətsizlik, standart vəziyyətdə qol buraxmağımız yaralı yerimizdir. Müasir futbolda qolların əksəriyyəti standart vəziyyətlərdə vurulur. 10 il bundan öncə Lüksemburq, San-Marino milliləri ilə oynayanda sevinirdik ki, onları gözüyumulu udacağıq", - deyə futbolçu sözlərinə əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...