Rusiyanın silah bazarı əldən çıxır?

Rusiyanın silah bazarı əldən çıxır?
Video
Digər 15

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Orta Asiya regionunda hərbi balans və döyüş aviasiyasında baş verən dəyişikliklər təhlil edilib.

Bildirilib ki, uzun illər region ölkələrinin hava qüvvələri sovet dövründən qalan "MiQ" və "Su" seriyalı qırıcılardan istifadə edib, onların təmiri və ehtiyat hissələri əsasən Moskvadan gəlib.

Lakin "Defence Security Asia" nəşrinin məlumatına görə, Çin istehsalı olan daha 4 ədəd "J-10CE" çoxməqsədli qırıcı təyyarəsi Özbəkistan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Özbəkistan ümumilikdə 24 belə qırıcı sifariş edib və ilk hissəsi ötən il təhvil verilib.

Qeyd olunub ki, "J-10CE" təyyarələri müasir AESA radarı, uzaqmənzilli "PL-15E" "hava-hava" tipli raketləri, yüksək manevr qabiliyyəti və əlverişli qiyməti ilə seçilir. Özbəkistanın bu seçimi həm də Rusiyanın Ukraynadakı müharibədən sonra üzləşdiyi sənaye problemləri, xarici sifarişlərin gecikməsi və ehtiyat hissələrinin çatdırılmasındakı çətinliklərlə bağlıdır. Vurğulanıb ki, Daşkənd Moskva ilə hərbi və iqtisadi əməkdaşlığı davam etdirsə də, yeni texnologiyaları əsasən Çindən əldə edərək balanslı siyasət yürüdür.

Özbəkistanın Çindən aldığı "HQ-9B" hava hücumundan müdafiə sistemləri və "J-10CE" qırıcısının vahid şəbəkədə işləməsi ölkənin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər. Əgər bu proses özünü doğruldarsa, gələcəkdə digər Mərkəzi Asiya respublikalarının da oxşar addım atması və Çinin bölgənin müdafiə bazarındakı payının daha da artması mümkündür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər