Rusiyada "WhatsApp" tamamilə bloklandı
Rusiyada "WhatsApp" və "YouTube" platformalarının tam bloklandığı bildirilir.
BAKU.WS xəbər verir ki, "WhatsApp"ın domeni "suveren Runet" qanunu çərçivəsində yaradılmış Milli Domen Adları Sistemindən çıxarılıb və tətbiq artıq yalnız VPN vasitəsilə işləyir.
Fevralın 10-da isə "YouTube" platformasına aid məlumatların da eyni sistemdən silindiyi bildirilib. Nəticədə videoplatforma Rusiyada bypass alətləri olmadan fəaliyyətini dayandırıb.
Qeyd olunur ki, Rusiya tənzimləyici qurumları internet resurslarını məhdudlaşdırmaq üçün yeni üsuldan – DNS qeydlərinin silinməsindən geniş şəkildə istifadə etməyə başlayıb.
Əvvəllər bu metod yalnız seçmə şəkildə tətbiq edilirdi, indi isə daha geniş miqyasda istifadə olunur.
Maraqlıdır ki, daha əvvəl Rusiya rəsmiləri "YouTube"un yalnız "yavaşladıldığını", tam bloklanmadığını iddia edirdi.
Oxşar xəbərlər
Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun!
Soyuq havada başı çiyinlərin arasına çəkmək və bədəni bükərək gəzmək boyun əzələlərində gərginliyə, kürəkdə ağırlıq hissinə və baş ağrılarına səbəb ola bilər. B...