Rusiyada rubl ucuzlaşmağa davam edir
09
sen
2025
22:04
Rusiya Mərkəzi Bankı sentyabrın 10-na ABŞ dollarının rəsmi məzənnəsini 83,2425 rubl, avronun məzənnəsini 98,0336 rubl səviyyəsində müəyyənləşdirib..
Bununla da dolların məzənnəsi son beş ayda ilk dəfə 83 rublu ötüb, sonuncu dəfə bu, aprelin 14-də baş verib. Avronun məzənnəsi isə fevralın 13-dən bəri ilk dəfə olaraq 98 rubldan yuxarı qalxıb.
Xatırladaq ki, sentyabrın 9-da Rusiyada avronun məzənnəsi 2025-ci il martın 9-dan bəri ilk dəfə 97 rublu ötmüşdü. Dolların məzənnəsi 1,74% artaraq, 82,7019 rubl təşkil etmişdi.
Oxşar xəbərlər
Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür
Bakıda kütləvi davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır. Oxu.Az xəbər verir ki, o, bir sıra beynəlxalq yarışl...