Qızların sevimlisi necə oldu ki, siyasi filmlərə çəkildi? - "Hababam sinfi"nin ulduzu haqqında maraqlı faktlar

Qızların sevimlisi necə oldu ki, siyasi filmlərə çəkildi? - Hababam sinfinin ulduzu haqqında maraqlı faktlar
Video
Digər 17

Əsl adı Tarık Tahsin Üregül olan məşhur türkiyəli aktyor Tarık Akan 13 dekabr 1949-cu ildə İstanbulda dünyaya gəlib. Bakırköydə böyüyən Akan əvvəl Maşın mühəndisliyi, daha sonra jurnalistika təhsili alıb.

Kino karyerasına başlamazdan əvvəl xilasedici və küçə satıcısı kimi çalışıb. 1970-ci ildə "Ses" jurnalının təşkil etdiyi "Sinema Artist" yarışmasında birinci yeri qazanaraq kino sektoruna daxil olub.

1971-ci ildən etibarən bir çox romantik filmlərdə rol alan Akan Fatma Girik, Filiz Akın, Türkan Şoray və Hülya Koçyiğit kimi ulduzlarla tərəf-müqabil olub. "Hababam sinfi", "Bizim ailə" kimi filmlərlə geniş şöhrət qazanıb. Lakin o, zamanla sosial və siyasi mövzulu layihələrə yönəlir və bu qərarı karyerasında dönüş nöqtəsi olur.

1978-ci ildə çəkildiyi "Maden" filmi ona "Ən yaxşı aktyor" mükafatını gətirir. 1981-ci ildə Yılmaz Güneyin ssenarisi ilə ərsəyə gələn və 1982-ci ildə Kann kinofestivalında "Qızıl palma budağı" alan "Yol" filmi Tarık Akana dünya şöhrəti qazandırır.

1980-2000-ci illərdə o, həm filmlərdə, həm də seriallarda rol alıb, eyni zamanda siyasi fəaliyyətləri və sosial dəstəyi ilə diqqət çəkib. "Anne Kafamda Bit Var" adlı kitabın müəllifidir.

Bir müddət ağciyər xərçəngi ilə mübarizə aparan Tarık Akan 16 sentyabr 2016-cı ildə vəfat edib. Onun qeyri-adi dizaynlı məzarı heyvanların su içə bilməsi üçün xüsusi olaraq hazırlanıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər