Qəhvədən daha yaxşı gümrahlıq verən içki: Çay və ya kakao deyil
Mate təbii enerji içkisidir və qəhvədən daha çox gümrahlıq hissi verir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə News.ru-nun dərc etdiyi materialda məlumat verilib.
Bildirilib ki, Latın Amerikasında mate içkisini səhər qəhvəsi əvəzinə qəbul edirlər. Bu içki yalnız yuxudan ayıltmaqla kifayətlənmir, həm də ürəyə zərər vermədən insanı gün boyu enerji ilə təmin edir. Qəhvədən fərqli olaraq, mate qəfil təzyiq artımına səbəb olmur. Bunun sirri kofeinlə matenin xüsusi birləşməsindədir - bu tərkib sinir sistemini yumşaq şəkildə stimullaşdırır, konsentrasiyanı artırır və uzunmüddətli gümrahlıq hissi yaradır.
Mate antioksidantlar, vitaminlər ("A", "C", "E" və "B" qrupu) və minerallarla (maqnezium, kalium, dəmir) zəngindir. Bu içki maddələr mübadiləsini sürətləndirir, həzmə kömək edir və hətta həyəcanı azaldır. Bu səbəbdən, mate imtahanlar ərəfəsində tələbələr və ya işi vaxtında çatdırmalı olan ofis işçiləri üçün ideal seçim sayılır.
Latın Amerikasında insanlar mateni müdriklik və həyat enerjisi içkisi hesab edirlər.
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...