Qanda şəkəri təbii yollarla necə aşağı salmaq olar?

Qanda şəkəri təbii yollarla necə aşağı salmaq olar?
Digər 6605

Mütəxəssislər bildirir ki, qanda şəkərin səviyyəsini təbii üsullarla azaltmaq mümkündür. Bunun üçün əsasən düzgün qidalanma və aktiv həyat tərzi vacibdir.

BAKU.WS xəbər verir ki, qidalanmada sadə şəkərlərdən – ağ çörək, şirniyyat və qazlı içkilərdən uzaq durmaq, liflə zəngin qidalar – tərəvəz, paxlalılar və tam taxıllara üstünlük vermək tövsiyə olunur. Həmçinin, zülallı məhsullar (balıq, yumurta, qoz-fındıq) və yeməkdən əvvəl az miqdarda alma sirkəsi qəbul etmək də faydalı sayılır.

Gündəlik 30 dəqiqəlik fiziki aktivlik, xüsusilə gəzinti və yüngül idman hərəkətləri, qanda şəkərin təbii yolla azalmasına kömək edir. Kifayət qədər su içmək, stressi azaltmaq və normal yuxu rejiminə əməl etmək də vacib amillər sırasındadır.

Həkimlər xəbərdarlıq edirlər ki, qan şəkərinin uzunmüddətli yüksəlməsi diabetin ilkin göstəricisi ola bilər. Bu halda mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Haber Global"ın 8 yaşı tamam olur

"Haber Global"ın 8 yaşı tamam olur

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün şəkkiz yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2018-ci il sentya...

53 Digər 00:00 24 sentyabr 2026

Son xəbərlər