Papa Fransiskin üzüyü və möhürü ləğv edildi
06
may
2025
22:35
Aprelin 21-də vəfat etmiş Roma Papası Fransiskin hakimiyyətinin rəmzləri ləğv edilib.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, pontifikə məxsus "balıq üzüyü" və möhür bu gün kardinalların iştirakı ilə ləğv edilib.
Rəmzlərin üzərinə xaç işarəsi qoyulmaqla, onlar ləğv edilmiş sayılır.
Qeyd edək ki, mayın 7-də Katolik kilsəsinin 267-ci başçısını seçəcək konklav açılacaq.
Oxşar xəbərlər
Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi
Avstriyada sonuncu "Miss Avstriya" titulunun sahibi vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 22 yaşlı Lüçi...