Övladınız danışıq səslərini düzgün deyə bilmirsə...

Övladınız danışıq səslərini düzgün deyə bilmirsə...
Digər 36

Dizartiriya uşağın danışıq səslərini düzgün formalaşdıra bilməməsi, sözlərin bulanıq, anlaşılmaz və ya zəif çıxması ilə özünü göstərən nitq pozuntusudur.

Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, adətən nitq üçün lazım olan əzələlərin – dil, dodaq, yanaq və çənə əzələlərinin zəif işləməsi ilə bağlı olur.

"Uşaq danışmaq istəyir, amma əzələlər onu tam dəstəkləmədiyi üçün səslər tam formalaşmır.

Dizartiriyada səs tonu, nəfəs, ritm və intonasiya da dəyişə bilər. Uşaq sanki "hər şeyi bilir", amma danışanda hamısını ifadə etmək çətin olur. Bəzən valideynlər bunu "utancaqdır", "tələsik danışır", "sözləri udur" kimi görürlər, amma əslində əzələ zəifliyi və koordinasiya problemi səbəb olur", - deyə mütəxəssis bildirib.

Övladınız danışıq səslərini düzgün deyə bilmirsə...

Fatimə Məmmədova deyir ki, bu vəziyyət nevroloji səbəblərlə bağlı ola bilər:

"Ən önəmlisi odur ki, dizartiriya mütləq loqoped müdaxiləsi tələb edir və vaxtında məşq olunanda çox böyük nəticələr əldə olunur.

Müalicədə əsas məqsəd:

– nitq əzələlərini gücləndirmək,

– nəfəs və səslənməni tənzimləmək,

– uşağın səsləri daha aydın formalaşdırmasına kömək etməkdir.

Daimi məşqlər, düzgün yanaşma və evdə davam edən dəstək prosesi çəkindirici olmur – əksinə, hər gün kiçik, amma müsbət dəyişikliklər gətirir.

Hər bir uşağın danışıq inkişafı öz tempindədir. Dizartiriya diaqnozu uşağın danışmayacağı demək deyil. Sadəcə düzgün yol xəritəsi və mütəmadi çalışma istəyir".

Ziya SƏCCAD

Son xəbərlər