Ötən tədris ilində Bakıda neçə nəfər ümumtəhsil məktəblərində işə qəbul olunub?
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 402 nəfər müxtəlif vəzifələrə işə təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə işə qəbul üzrə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 101 nəfər psixoloq, 92 nəfər laborant, 18 nəfər kitabxana müdiri, 46 nəfər kitabxanaçı, 41 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 37 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2025-2026-cı il ərzində işə təyin edilib. Optimallaşma və digər səbəblər nəticəsində 9 nəfər direktor, 11 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə təyin olunub. Əlavə olaraq tədris ili ərzində 43 yeni direktor təyinat alıb.
Oxşar xəbərlər
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 21 iyun 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının...