Orxan Məmmədov Avropa çempionatından əvvəl minifubol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan millisinin üzvləri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, toplantı zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.
Yığmanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.
Federasiya prezidenti Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
Qeyd edik ki, Avropa çempionatı 27 may - 4 iyun aralığında Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
Qalereya
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...