Oqtay meyxananın adını batıranlardan danışdı: "Samirə ilə başımıza elə işlər gəlib"
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası Oqtay Kamil olub.
Verilişdə o, Vüqar Biləcəri ilə bağlı xatirələrini bölüşüb:
"Vüqar çox yaxşı, dəliqanlı insan idi. Elə adamlar var ki, kiçik yaşda böyüyürlər. Vüqar da onlardan biri idi. Aydın Xırdalanlının, Vüqar Biləcərinin yaxşı dostları olsaydı, bu gün sağ olardılar".
Oqtay Kamil proqramda meyxana sənətindən danışıb.
Onun sözlərinə görə, deyişmə zamanı kimin nə eybi varsa, deyilir və bu vaxt digər adam da pərt olur:
"Bu səbəbdən bəzən əlbəyaxa davalar da baş verir. İnsanın qüsurunu üzünə vurmaq olmaz. Meyxanada əsas sözə baxarlar".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər
Gəlinlərin əksəriyyəti toy günü klassik və ya lüks avtomobillərə üstünlük verirlər. Bəziləri isə fərqlənmək üçün traktor, yük maşını, hətta at arabası kimi nəql...