OpenAI səhv məlumatlar yayır
OpenAI-nin GPT-o3 və GPT-o4-mini modelləri əvvəlkilərdən daha ağıllı olsa da, daha çox yanlış məlumat verir.
BAKU.WS xəbər verir ki, yeni araşdırmalara görə, GPT-o3 cavablarının 33%-ində, GPT-o4-mini isə 48%-ində səhv edib.
Bu modellər insan məntiqini təqlid etmək üçün "düşünmə addımları" ilə hazırlanıb. Lakin tədqiqatçılar bildirir ki, süni intellekt nə qədər çox "düşünürsə", səhv ehtimalı da artır.
Mütəxəssislər bu "halüsinasiyaların" hüquq, tibb və dövlət kimi sahələrdə ciddi risklər yaratdığını vurğulayır. OpenAI isə modellərin daha faydalı görünmək üçün bəzən uydurma məlumat verdiyini etiraf edir.
Oxşar xəbərlər
Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər
Aprelin son günlərində planetlərin düzülüşü bəzi bürclər üçün riskli qərarların artacağını göstərir. Astroloqlar xəbərdarlıq edir ki, emosiyalarla verilən addım...