OpenAI BƏƏ-də Monakodan böyük süni intellekt mərkəzi qurur

OpenAI BƏƏ-də Monakodan böyük süni intellekt mərkəzi qurur
Digər 155

OpenAI Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünyanın ən böyük data mərkəzlərindən birini inşa etməyi planlaşdırır. Sahəsi 25 kvadrat kilometr olacaq bu mərkəz Monakonun ümumi ərazisindən də böyükdür.

BAKU.WS xəbər verir ki, yeni mərkəz süni intellekt üçün infrastrukturun inkişafını nəzərdə tutan genişmiqyaslı Stargate layihəsinin bir hissəsi olacaq. Məlumata görə, data mərkəzinin enerji tələbatı beş nüvə reaktorunun gücünə bərabər olacaq.

Layihə OpenAI ilə BƏƏ-nin texnologiya şirkəti G42 arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Yeni mərkəz ABŞ-nin Texas ştatında tikilməkdə olan ilk OpenAI data mərkəzini də geridə qoyacaq. Belə ki, Texasdakı mərkəzin gücü 1,2 giqavat təşkil etdiyi halda, Əbu-Dabidəki kompleksin gücü 5 giqavat olacaq.

OpenAI ilə BƏƏ arasındakı əməkdaşlıq 2023-cü ildən başlayıb. Lakin layihə müəyyən çətinliklərlə də üzləşib. Belə ki, G42 şirkəti ABŞ-ın qara siyahısında olan bəzi qurumlarla əlaqədə ittiham olunub və bu, Amerika qanunvericilərinin narahatlığına səbəb olub. Cavab olaraq G42 şirkəti Çindəki investisiyalarını dayandırdığını açıqlayıb.

Oxşar xəbərlər

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...

89 Digər 21:44 10 yanvar 2026

Son xəbərlər