OpenAI 80 illik riyaziyyat problemini HƏLL ETDİ

OpenAI 80 illik riyaziyyat problemini HƏLL ETDİ
Digər 43

OpenAI hazırladığı süni intellekt modelinin 80 illik riyaziyyat problemini həll etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, söhbət macar riyaziyyatçısı Paul Erdos tərəfindən 1946-cı ildə irəli sürülən "müstəvi vahid məsafə problemi"ndən gedir. Problem müəyyən sayda nöqtə arasında eyni məsafədə yerləşən cütlərin maksimum sayının hesablanması ilə bağlıdır.

Şirkətin açıqlamasına görə, süni intellekt klassik "kvadrat şəbəkə" yanaşmasını geridə qoyan yeni düzülüş modeli aşkar edib və bununla da Erdősün irəli sürdüyü nəzəri həddin yetərli olmadığını göstərib.

OpenAI vurğulayıb ki, nəticə xüsusi riyaziyyat sistemi deyil, ümumi məntiq yürütmə modeli vasitəsilə əldə olunub. Araşdırma bir sıra tanınmış riyaziyyatçılar, o cümlədən Thomas Bloom və Tim Gowers tərəfindən təsdiqlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər