Ölkə ərazisində qeyri-sabit hava şəraiti bu vaxta qədər davam edəcək
03
iyl
2025
23:09
İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Şəhid jurnalistlərin anım günüdür
Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş jurnalistlərin anım günüdür. BAKU.WS xəbər ver...