Narin cinayətində SON MƏRHƏLƏ - 4 şəxsə ÖMÜRLÜK HƏBS

Narin cinayətində SON MƏRHƏLƏ - 4 şəxsə ÖMÜRLÜK HƏBS
Digər 999

Narin Güran cinayəti işində 4 şübhəliyə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, uşağın əmisi Səlim Güran, anası Yüksel Güran, böyük qardaşı Enes Güran və qonşuları Nevzat Bəhtiyara ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilib.

Narin Güran avqustun 21-də Diyarbəkirdəki Tavşantəpə məhəlləsindən itkin düşmüş və sentyabrın 8-də cansız cəsədi tapılmışdı. Ailə üzvləri və qonşularının verdiyi ifadələr və hadisənin araşdırılması zamanı şübhəli şəxslərin ziddiyyətli bəyanatları və axtarışları çaşdırmaq cəhdi ortaya çıxıb.

Dövlət ittihamçısı, şübhəli şəxslərin Narin Güranın itkin düşdüyü gündə hüquq-mühafizə orqanlarına səhv məlumat verdiklərini və hadisənin izini itirməyə çalışdıqlarını qeyd edib. Eyni zamanda, məhkəmə prosesində, şübhəli şəxslərin ifadələri, kamera qeydləri və DNT nümunələri, onların hadisəyə birbaşa aidiyyətini göstərib. Narin Güranın qətlində iştirak edən şəxslərin hər biri cinayətini gizlətmək məqsədilə müxtəlif tədbirlər görüb.

Təqsirləndirilən şəxslərdən Səlim Güran və Nevzat Bəhtiyarın cinayəti birlikdə həyata keçirdiyi müəyyən edilib. Enes Güran da hadisə ilə bağlı ziddiyyətli ifadələr verməklə hadisənin aydınlaşdırılmasına mane olmağa cəhd edib. Şübhəlilərin verdiyi ifadələr və onların telefonlarına edilən araşdırmalar, onların cinayətdə iştirak etdiklərini və həqiqəti gizlətməyə çalışdıqlarını ortaya çıxarıb.

Dövlət ittihamçısı tərəfindən təqdim olunan rəydə, şübhəlilərin Narinin qətlində iştirak etdikləri və hadisəni gizlətmək üçün müxtəlif manipulyasiyalar etdikləri vurğulanıb. İttihamçı, şübhəlilərin hamısının ağırlaşdırılmış ömürlük həbs cəzası almasını tələb edib.

Son xəbərlər