Məşhur səsli və video zəng xidməti may ayından bağlanır
Məşhur səsli və video zəng xidməti Skype 2025-ci ildə fəaliyyətini dayandıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə XDA Developers portalı məlumat yayıb.
"May ayından etibarən Skype mövcud olmayacaq", - bəyanatda da qeyd olunur.
Xatırladaq ki, Skype 2003-cü ildən fəaliyyət göstərir. Microsoft bu xidməti 2011-ci ildə alıb.
Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir.
Oxşar xəbərlər
Döş xərçənginin ilk əlamətləri açıqlanıb
Döşün formasında, ölçüsündə və toxumasında baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər. Xüsusilə döşdə düyünlərin yaranması, toxumaların bərkim...