Məşhur musiqiçinin həyatı FİLM OLACAQ

Məşhur musiqiçinin həyatı FİLM OLACAQ
Digər 313

Türk musiqisinin əfsanəsi Barış Mançonun həyatı böyük ekranda canlanır.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, "Dönence", "Gülpembe", "Dağlar Dağlar" və "Unutadım" kimi məşhur mahnıları ilə yadda qalan Barış Manço artıq kino ekranlarına iz qoyacaq. Filmin baş rolunu Ekin Koç canlandıracaq və 2025-ci ilin iyununda vizyona girməsi planlaşdırılır. Filmin rejissoru isə Ketçe (Hakan Kırvavaç) olacaq.

Ekin Koç bir neçə gün əvvəl verdiyi açıqlamada, "İşə başladıq. Hazırlıqlara erkən başladığım üçün çox şanslıyam. O, önəmli bir xarakterdir. Türkiyə xalqına və tarixinə sərvət olmuş bir insandır. Bu rol üçün əlimdən gələni edəcəyəm" deyə bildirib. O, əlavə edib: "Hələlik parik üzərində düşünürük. Bu prosesi sona saxladıq. Artıq aktyor kimi hazırlaşmağa başlamışam. Nəhayət, protez makiyaj və saç hissəsinə gələcəyik."

Barış Mançonun həyatının ekrana gətirilməsi, musiqi və sənətsevərləri üçün böyük maraqla gözlənilən bir layihədir.

Son xəbərlər