Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı, məktəbəqədər təhsil müəssisələrində isə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 30-34 bal aralığında nəticə göstərən namizədlər müsahibəyə cəlb olunacaqlar.
BAKU.WS bu barədə BŞTİ-yə istinadən xəbər verir.
Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 26-dan dekabrın 4-ü saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər. Namizədlər şəxsiyyəti və təhsili təsdiq edən sənədlərinin, əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.
Namizədlərin məlumatları yoxlandıqdan sonra uyğun namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat qeydiyyatdan keçdikləri mobil telefona SMS vasitəsilə göndəriləcək.
Müsahibəni uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.
Oxşar xəbərlər
İranın kəşfiyyat naziri Xameneinin öldürülməsi ehtimalından danışdı
İranın Kəşfiyyat Nazirliyi ETTELAAT ABŞ və İsrail də daxil olmaqla, "xarici düşmənlərin" ölkənin Ali lideri Ayətullah Əli Xameneini hədəf almaq və ölkədə sabitl...