Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var
"Azərbaycan alüminiumu" ASC (VÖEN - 9900034091) ləğv olunduğunu elan edib.
BAKU.WS Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti küçəsi, ev 6 ünvanında yerləşən Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 18 milyon 163 min 999 manat olan "Azərbaycan alüminiumu" ASC 2000-ci ildən fəaliyyət göstərir.
Hazırda dövlət büdcəsinə 8 milyon 524 min 235 manat 25 qəpik vergi borcu olan "Azərbaycan alüminiumu" ASC-nin qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə BAKU.WS-ə Məkt...