Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-in məlumata görə, iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...