Kompüteri gecə və ya evdən çıxanda söndürmək vacibdirmi?

Kompüteri gecə və ya evdən çıxanda söndürmək vacibdirmi?
Digər 198

Kompüterləri gecə və ya evdən çıxarkən söndürmək barədə mübahisələr uzun illərdir davam edir. Müasir texnologiyalar - SSD yaddaşlar, enerjiyə qənaət edən prosessorlar və ağıllı əməliyyat sistemləri bu ehtiyacı azaldıb.

BAKU.WS rambler-ə istinadən xəbər verir ki, əgər kompüter bir neçə saat ərzində istifadə olunmayacaqsa, sadəcə yuxu və ya hibernasiya (dərin yuxu) rejiminə keçirmək kifayət edir. Bu zaman cihaz enerjiyə qənaət edir və işə daha tez qayıtmaq mümkün olur. Xüsusilə noutbuklar üçün bu rejim vacibdir, çünki batareya tam boşaldıqda yaddaşdakı məlumatlar itə bilər.

Stasionar kompüterləri isə gecə boş yerə işlətmək enerji sərfiyyatını artırır və elektrik xərclərini çoxaldır. Bundan başqa, toz yığılması və soyutma sisteminin daha tez köhnəlməsi kimi problemlər də yarana bilər.

İstifadəçilərə tövsiyə olunur ki, kompüteri uzun müddət istifadə etməyəcəkləri hallarda tam söndürsünlər, qısa fasilələrdə isə yuxu rejimindən istifadə etsinlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

Bu gün – noyabrın 6-da Bakı metropoliteni işçilərinin peşə bayramı qeyd olunur. Metro əməkdaşları hər gün minlərlə insanın mənzil başına təhlükəsiz və rahat çat...

37 Digər 00:08 06 noyabr 2026

Son xəbərlər